Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev paytaxtın Xətai rayonu ərazisndə yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak etmişdir.

29 dekabr 2012 | 11:00

Dekabrın 28-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 1985-ci ildə istifadəyə verilən bu tibb müəssisəsində uzun illər təmir işlərinin aparılmaması nəticəsində xəstəxananın binası yararsız vəziyyətə düşmüşdür. Bu da xəstələrə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə mane olurdu. Azərbaycan Prezidentinin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2010-cu ilin iyununda Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işlərinə başlanmışdır. Ötən dövrdə respublikanın yeganə neyrocərrahiyyə xəstəxanasının binası əsaslı surətdə yenidən qurulmuş, müəssisə dünyanın ən müasir tibbi avadanlığı ilə təchiz olunmuşdur. Görülən işlər nəticəsində xəstələrin yüksək səviyyədə müalicəsi, 430 həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağı yaradılmış, burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıqlar quraşdırılmışdır. Reanimasiya şöbəsi də ən müasir avadanlıqla təchiz edilmiş, xəstələrin daim nəzarət altında saxlanması üçün bütün tələblər nəzərə alınmışdır. Bununla da 125 çarpayılıq xəstəxanada tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün hər cür şərait yaradılmışdır.
Tibb ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
 

Keçidlər