Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYON İCRA HAKIMIYYƏTİNİN TƏŞKİLATÇILIĞI İLƏ “MULTİKULTURALİZM VƏ TOLERANTLIQ AZƏRBAYCANDA HƏYAT TƏRZİDİR” MÖVZUSUNDA MAARIFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

04 may 2016 | 11:00

Rayonun 221 nömrəli məktəbində baş tutan tədbir ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin bütün zümrələri, xüsusən yeniyetmə və gənclər arasında maarifləndirmə işinin yüksək səviyyədə təşkili məqsədilə təşkil olunub. Tədbirin əvvəlində son hadisələr zamanı düşmən təxribatının qarşısını alarkən şəhid olanların xatirəsi bir deqiqelik sukutla yad edildi.
Daha sonra məktəbin direktoru Nizami Əzizov çıxış edərək tədbirin “Multikulturlizm və tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda olduğunu bildirdi.  Tədbirdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin məsul işçisi Gündüz Süleymanovun, 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Rizvan Əhədovun və digərlərinin çıxışları dinlənildi.      
Dini qurumlarla işin təşkilatçısı M.İbrahimov keçirilən tədbirdə dinlərarası münasibətlərin hazırkı vəziyyətində ölkəmizin dünyaya örnək olduğunu, dini fanatizm və dini radikalizmə yer olmadığını bildirdi. Bu vəziyyəti qoruyub saxlamaq üçün cox ciddi mübarizə aparılmalı, dini radikalizmə qarşı mübarizədə sağlam düşüncəli, savadlı gənclərin dəstəyinin vacibliyini qeyd etdi.
Daha sonra G.Süleymanov cıxışında müxtəlif dinlərin və  dini-fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşdığını, milli və irqi dini zəmində heç bir ayri seçkilik faktı qeydə alınmadığını bildirdi.
Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər