“Multikulturalizm və Kitabxanalar” mövzusunda dəyirmi masa keçirildi
4 may tarixində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə bağlı “Multikulturalizm və Kitabxanalar” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Bakı Baynəlxalq Multikulturalizim Mərkəzinin Baş Məsləhətçisi Rəşad İlyasov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Ölkədaxili sektorunun məsləhətçisi Şəlalə İsmayılzadə, Xətai rayon İcra Hakimiyətinin İçtimayi Siyasi və humaitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Məmmədov, AMEA Fəlsfə və Hüquq İnistutunun Fəlsəfə Elmləri üzrə doktoru Elsəvər Səmədov, M.F.Axundov adına Milli Kitabxanın metodik şöbəsinin müdiri Adilə Abdullayeva, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacımurad Cəfərov, Xətai rayon MKS-in əməkdaşları, oxucuları və KİV-in nümayəndələri iştirak etidilər.
Tədbir “Multikulturalizm” mövzusunda hazırlanmış video-slaydla başlandı.
Tədbiri giriş sözü ilə Xətai rayon MKS-in direktoru Oruc Quliyev açaraq, ölkə rəhbərinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği üçün 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini bildirib. Onun sözlərinə görə, multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. “Ümummilli lider Heydər Əliyev multikultural dəyərləri demokratiyanın bir hissəsi hesab edib. Bu siyasət Prezident tərəfindən bu gün də davam etdirilir. Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Multikultural cəmiyyətdə hər bir vətəndaş bərabər hüquqlara sahibdir. Bunun Azərbaycanda, o cümlədən də Bakı şəhərində əyani şahidi oluruq. Xətai rayonunun müxtəlif müəssisələrində, eləcə də Xətai rayon MKS-də bu yöndə silsilə tədbirlərimiz davam etdiriləcək” deyə, Oruc Quliyev vurğulayıb.
Daha Sonra Xətai rayon MKS-inin əməkdaşı Quliyeva Gülzadə “Multikulturalizm və kitabxanalar” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdiki, “Mədəniyyət baxımından getdikcə fərqlənən bir cəmiyyətin ehtiyaclarını qarşılamaq kitabxanalar üçün həm bir təhlükə, həm də fürsət qaynağıdır. Bu vəziyyət isə kitabxanaların mövcud quruluşlarında vacib dəyişiklikəri gündəmə gətirir. Mövzu ilə əlaqədar kitabxanaların üzərinə düşən rol çox böyükdür”.
Daha sonra Bakı Baynəlxalq Multikulturalizim Mərkəzinin Baş Məsləhətçisi Rəşad İlyasov Bakı Baynəlxalq Multikulturalizim Mərkəzinin fəaliyyəti haqqında məruzə edərək, Azərbaycanın humanist qanunları müxtəlif xalqların, milli azlıqların tolerantlıq şəraitində birgə yaşamını, eyni zamanda onların hər birinin milli, dini ayinlərini yaşadaraq gələcək nəsillərə ötürülməsini təmin etməsindən, multikulturalizm xalqmızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat tərzi olmasından dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Ölkədaxili sektorunun məsləhətçisi Şəlalə İsmayılzadə “Multikulturalizm” mövzusunda məruzə edərək, Prezidentin bu ili “Multikulturalizm ili” elan etdiyi üçün hər bir vətəndaşın bu yöndə fəaliyyət göstərməli, məsuliyyət daşımalı olduğunu deyib: “Azərbaycan ta qədimdən müxtəlif millətlərin, ayrı-ayrı dini dəyər daşıyıcılarının mehriban şəraitdə yaşadığ məkan olub. Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri buranı öz evləri kimi qəbul edirlər”.
Tədbirdə həmçinin mövzu ilə bağlı Xətai rayon İcra Hakimiyətinin İçtimayi Siyasi və humaitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Məmmədov çıxışında qeyd edib ki, multikulturalizmin beynəlxalq münasibətlər sistemində, dövlətlərarası, millətlərarası, müxtəlif mədəniyyətlərarası münasibətlərdə vacib əhəmiyyətini hər zaman yüksək qiymətləndirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş siyasət nəticəsində ölkəmizdə milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti təmin olunub, çoxmillətli və çoxkonfessiyalı diyarımız dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib.
AMEA Fəlsfə və Hüquq İnistutunun Fəlsəfə Elmləri üzrə doktoru Elsəvər Səmədov “Multikulturalizim nədir?” mövzusunda çıxış edərək bu cür aktual mövzuda maarifləndirmə tədbirinin təşkilinə görə Xətai rayon MKS-in kollektivinə dəyirmi masa iştirakçıları adından təşəkkürünü bildirib.
M.F.Axundov adına Milli Kitabxanın metodik şöbəsinin müdiri Adilə Abdullayeva “Kitabxanalarda Milli Multikurtural fəaliyyəti haqqında” Kitabxanaların və digər mədəniyyət müəssisələrinin, insanların ünsiyyətində və daha sağlam bir cəmiyyətin ortaya çıxmasında vacib rolları olması danılmazdır. Mövcud mədəni irsin gələcək nəsillərə ötürülməsində kitabxanaların yeri böyükdür.
Sonda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacımurad Cəfərov öz çıxışında Ulu öndər Heydər Əliyevin dinindən və milliyətindən asılı olmayaraq bütün vətəndaşları ümumi azərbaycançılıq ideyası altında birləşdirmək istiqamətində apardığı müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirdiyini vurğuladı.
Tədbirin sonunda “Multikulturalizm və Kitabxanalar” başlığı altında sərgiyə baxış keçirildi.