Şriftin ölçüsü :

Saytın rəngi :

ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEVIN ANADAN OLMASININ 93-CÜ ILDÖNÜMÜ TARSUSDA BÖYÜK COŞQUYLA ANILDI

04 may 2016 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin başçısı  Razim Məmmədov, millət vəkilləri  Hüseynbala Mirələmov, Fuad Muradov və Mersin Büyükşəhər Bələdiyyə Başkanı Burhanəttin Kocamaz, Tarsus Bələdiyyə Başkanı Şevket Canın iştirakı ilə  mərasim keçirildi .
Heydər Əliyev adına parka  gələn Azərbaycan nümayəndə heyətini  məktəblilər çiçəklər və əllərində Türk və Azərbaycan bayraqlarını yelləyərək qarşıladılar. Her iki ölkənin İstiqlal Marşının oxunmasıyla başlayan anım programı kiçik məktəblilərin xalq oyunlarının nümayişi ilə davam etdi.
Açılış nitqi söyləyən Tarsus Bələdiyə Başqanı Şevket Can, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının 20-ci əsrdə yetiştirdiyi ən böyük dahilərdən biri olduğunu söylədi: “Bugün sürətli şekilde dəyişən Azerbaycan onun əsəridir. Azərbaycanı parçalanmaqdan, xaosdan ve yox olmaqdan qurtararaq inkişaf etməsinə vəsilə olan mərhum Heydər Əliyev olmuştur.  Bizim Azerbaycan xalqı ile qədimdən  gələn bir qardaşliğımız vardır. Tarixin dərinliklərindən günümüzə uzanan bu qardqşlıq münasibəti çərçivesinde münasibətlərimiz bundan sonra daha da güclənəcək, bütün Türk Millətinin söylədiği kimi “tək millət iki dövlət” anlayışı içerisinde sosial ve iqtisadi cəhətdən yeni üfüqlərə yelkən açacaqdır. 1991-ci ildə müstəqilliyini elan edən qardaş ölkəmiz Azərbaycanın sevinci sevincimiz, üzüntüsü hüznümüz, kədərləri kədərimiz, problemləri bizim problemlərimiz, gələcəyi gələcəyimiz olmuşdur, olmağa da davam edəcek. Bizlər eyni soydan gələn eyni dilə sahib insanların yaşadığı iki fərqli ölkə olaraq, daha güclü bir şekilde birləşəcəyik ve dostluğumuzu daha irərilərə aparacayıq. Bizim qardaşliğımız sözdı deyil, birlikdə tökdüyümüz şəhid qanları ilə sulanmış həqiqi bir qardaşlıqdır. Rəhmətlə andığımız Prezidentimiz Heydər Əliyev yeri doldurulamayacaq böyük bir şəxsiyyətdir.  Allah rəhmət eləsin! Günümüzdə Heydər Əliyevin önəmi daha çox anlaşılmaqdadır. Bu münasibətlə Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevi rəhmətlə xatırlayırıq. Ruhu şad, məkanı cənnet olsun”.
Tədbir Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun   çıxışı ilə davam etdi:  “Əziz Tarsuslular Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan bu parkda təşkil etdiyiniz program üçün hamınıza təşəkkür edir, minnətdar olduğumu bildirmək istəyirəm. Heydər Əliyev “Bir Millət iki dövlət”, Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək bizim qardaşlığımıza daha da bariz göstərmişlər”.
Daha sonra çıxış edən millət vəkili Fuad Muradov  “Bu güzəl gündə iki öndərimizin şəkillərini burada yan-yana görmək çox gözəldir. Bir Azerbaycan gənci olaraq mən bu işi həyata geçirənlərə  təşəkkür edirəm. Azərbaycan Milli Məclisində bu mövzu çox əhəmiyyətli şəkildə müzakirə edildi. Belə gözəl bir parkın açılması körpələrimizin , genclərimizin burada olması göstərir ki, həm Azərbaycanın həm də Türkiyənin çox gözəl bir gələcəyi var. Son dövrlərdə hər iki ölkə çox şəhid verdi. Allah bizi qorusun. Və bizə güç versin ki. bu şəhidlərimizin qanlarını yerdə qoymayaq. Bizim gələcək nəsillərimiz bilməlidir ki, Türkün yanında Türk gardaşı olmalıdır. Tarixdə Türklərə qarşı hər zaman basqı olmuşdur. Amma Türk xalqının güruru, gücü ve üreyi böyükdür. Bütün bunların önünde durmağa kifayət edəcək” deyə bildirdi.
Millət vəkili Hüseynbala Mirələmov bu tədbirin təşkil olunmasında əməyi keçənlərə təşəkkür edərək, “Mən dördüncü dəfə Tarsusa gəldiyim üçün daha çox sevincliyəm. Bu prosesin şahidiyəm. Ulu Öndərimiz Heydər Əliyevi çox yaxın tanıyan siyasətçilərdən biriyəm. Ulu öndərimiz Heydər Əliyev bu aramızdakı qardaşlığa çox önəm vermiş ve inkişafında çox böyük rolu olmuşdur. Burada önəmli bir ayrıntını dilə gətirmək istəyirəm. Atatürkün də atasının adı Əli Rzadır, Heydər Əliyevin də atasının adı Əlirzadır. Sanki onlar bir atanın övladı kimi sevgiləri də inancları da eyni olmuşdur. Mən çox sevinirəm ki, həm biz Atatürkü çox sevirik, həm də siz Heydər Əliyevi çox sevirsiniz” dedi.
Mersin Büyükşəhər Bələdiyyə Başqanı Burhanəttin Kocamaz çıxış edərək  “Türk milləti ayrı-ayrı ölkələrdə olsa da, ürəkləri bir olan, qəlbləri eyni ritmlə döyünən millətdir. Bəlkə adları fərqli ola bilər, amma əslində, azərisi də, qırgızı da, türkməni də, özbəyi də  ümumən bütün türk dünyasında yaşayan insanlar türkdür. Belə  bir qardaşlığın isbatı olaraq burada Azərbaycanlı qardaşlarımızla bu park səbəbi ilə burada yığışmaq, eyni duyğuları paylaşmaq bizim üçün çox önəmli çox değerlidir. Bu münasibətlərdən  biri də Xətai İcra Hakimiyyəti  ilə Tarsus Bələdiyyəmizin illər öncə qurduğu qardaqşlıq münasibətidir. İlk dəfə 2007-ci ildə bu qardaşlıqla bağlı işlər başladılmışdır. Xatai rayonuna  getdiyimiz zaman oradakı qardaşlarımızın da bizim daşıdığımız duyguları daşıdığını və bu qardaşlıqdan çox böyük xöşbəxtlik duyduqlarını gördük. Keçmişimizə sahib çıxmaq məcburiyyətindəyik. Biz yerli idarəçilər olaraq vəzifəmiz keçmişlə gələcək arasında körpü yaratmaqdır. Soyumuz bir, kökümüz bir, görüşümüz bir, inancımız birdir.   Bu arada Tarsusda  çox önemli rol oynayan Heydər Əliyev körpüsünü də həyata geçirdik. Buradaki əsas məqsədimiz bizdən sonrakı nəsillərin bir-birinə sahib çıxması, tanıması və bizi bir araya gətirən bu günlərə çatdıran çox önəmli liderlərin də tanınması, onların fikir ve düşüncələrini mənimsəməsi və özlərinə də onların getdiyi yoldan bir istiqamət götürməsidir. Mən bu gün 93cü yaş gününü qeyd etdiyimiz Heydər Əliyeve Allahdan rəhmət diləyirəm və məkanı cənnət olsun deyirəm” dedi.
Çıxışlar bitdikdən sonra Heydər Əliyev abidəsinin önünə çiçəklər qoyuldu.

Keçidlər