Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai nümayəndə heyəti Türkiyənin Tarsus şəhərində təntənəli açılış mərasimində iştirak etdi

04 may 2016 | 11:00

Türkiyənin Tarsus şəhərində səfərdə Xətai İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradovun da daxil olduğu nümayəndə heyəti   Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak etməklə yanaşı, Tarsus Bələdiyyəsi tərəfindən modern üslubda  yenidən qurularaq istifadəyə verilən “Turkuaz Səmt Bazarı”nın təntənəli açılış mərasimində iştirak etdi.

Xətai İcra Hakimiyyətinin başçısı  Razim Məmmədov, Millət vəkilləri Hüseynbala Mirələmov və Fuad Muradov Mersin Büyükşəhər Bələdiyyə Başqanı Burhanettin Kocamaz, Tarsus Bələdiyyə Başqanı Şevket Canla birlikdə açılış rəmzi olan qırmızı lenti kəsdilər və bu  bazarın bütün bölgə əhalisi üçün xeyirli-uğurlu olmasını dilədilər.

Keçidlər