Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə silsilə tədbirlər davam edir

06 may 2016 | 11:00

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir sıra təhsil müəsisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. Xətai rayonu Heydər Əliyev adına liseydə keçirilən tədbirdə çıxış edənlər - rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,  liseyin direktor əvəzi Ümid Babaşov və başqaları dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Bildirdi ki, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandı.Digər çıxış edənlər bildirdilər ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev  əməyinin nəticəsidir. bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Tədbir məktəblilərin ifasında ədəbi bədii kampazisiya ilə davam etdirildi.

Keçidlər