Xətai rayonunda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə bir sıra tədbirlər keçirilib.
Tədbir iştirakçıları əvvəlcə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general - mayor Həzi Aslanovun, xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Müharibənin tarixinə nəzər salan Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva İkinci dünya mühasribəsində faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlıqdan danışdı. Qeyd edildi ki, dünyanın faşizm taunundan xilas edilməsində misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər. Müstəqilliyin ilk illərində müharibə veteranlarına göstərilən ögey münasibətdən söz açan çıxışçılar məhz Ulu ndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onların cəmiyyətdəki mövqeyinin yenidən yüksəldiyini, bütün status və imtiyazlarının bərpa olunduğunu diqqətə çatdırdılar. Rayonun Əhmədli kəndində keçirilən tədbirdə isə çıxış edənlər rayon İcra Hakimiyyəti Başçısının müavini Qafur Rəhmanov və başqaları bildirdilər ki, Böyük Vətən müharibəsi illərində məhz bu kənddən 178 nəfər müharibədə iştirak edib ki, onların da 55 nəfəri şəhid olub. Hazırda isə rayon ərazisində 500-ə yaxın Böyük Vətən müharibəsi veteranı var. Qeyd olundu ki, bu qəbildən olan insanların sosial problemlərinin həllinə dövlət qayğısı ildən-ilə artır. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Tədbirdə məktəblilərin ifasında ədəbi bədii kompazisiya nümayiş olundu.