ULU ÖNDƏRİN ANADAN OLMASININ 93-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR DAVAM EDİR
Xətai rayonunda Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbirlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində 10.05.2016-cı il tarixdə Ulu öndərin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar Bakı şəhərinə gəlmiş Yaponiyanın Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “KOSUGİ ZOHEN” şirkətinin prezidenti Saki Kosuqi, məsul işçisi Andreas Hamachi, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkilləri Hüseynbala Mirələmov, Hadi Rəcəbli Xətai rayonundakı Heydər Əliyev adına parkda olmuş, Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin üzərinə tər çiçəklər qoymuşlar.
Daha sonra tədbir iştirakçıları parkda yaradılan yapon bağına baxış keçirdilər, burada sakinlərin istirahəti üçün yaradılan şəraitlə tanış oldular. Həmçinin bağda dostluq rəmzi olaraq ağaclar əkildi.
Qeyd edək ki, “Yapon bağı”nın salınması barədə qərara 2014-cü ildə gəlinib. 2014-cü ildə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti ilə birlikdə Yaponiyada işgüzar səfərdə olmuş, səfər çərçivəsində Yaponiyanın Kitakyuşu şəhəri ilə Bakının Xətai rayonu arasında dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolu imzalanmışdı. Sonra Yaponiya nümayəndə heyətinin Xətai rayonuna səfəri gerçəkləşmiş və “Heydər parkı”nda “Yapon bağı”nın salınması qərara alınmışdı.
Açılışı 2015-ci ilin oktyabr ayında olan bağın tikintisinə 2015-ci ilin fevral ayında başlanılıb. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışıb. Parkda qədim Yapon mədəniyyəti, folkloru və milli ornamentlərini əks etdirən atributlar, Tori qapısı quraşdırılıb, yapon mənşəli ağac və gül kolları əkilib, şəlalə quraşdırılıb.