Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN ANADAN OLMASININ 93-CÜ İLLIYI MÜNASIBƏTILƏ XƏTAI RAYONUNDA IMƏCILIK VƏ AĞACƏKMƏ AKSIYASILARI KEÇIRILIB

10 may 2016 | 11:00

Ulu öndər  Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə Xətai rayonun bir sıra küçə və prospektlərində də ağacəkmə aksiyası keçirilib.    Paytaxt Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən yaşıllaşdırma kampaniyasında mindən çox  çinar, zeytun, küknar, şam, söyüd və dekorativ kol əkildi.  Rayonda ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur .
Tədbirlər çərçivəsində Zığ şossesi boyunca iməclik keçirilib. Rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclərin iştirak etdiyi kampaniyada ərazi məişət tullantılarından təmizləndi, alaq otları götürüldü mövcud yaşıllıqlar sulandı.

Keçidlər