ŞƏHID PILOT MAYOR TƏBRIZ MUSAZADƏNIN RAYON İCRA HAKİMİYYƏTİ TƏRƏFİNDƏN QIRX MƏRASIMI TƏŞKİL EDİLİB
Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.
Mərasimdən öncə HHQ komandanı general-mayor Ramiz Tahirov və Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov "Azərbaycan bayrağı” ordenini şəhidin atası Taryel Musazadəyə təqdim ediblər.
Qeyd edək ki, Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Musazadə Təbriz Taryel oğlu döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşur. Şəhidlik zirvəsinə ucalan mayor Təbriz Musazadə 1981-ci ildə Gürcüstanın Dımanisi rayonunda anadan olmuşdur, orta məktəbi Xətai rayonunda 165 saylı orta məktəbdə bitirən şəhidimiz 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil almışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən şəhid pilot Təbriz Musazadə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
ALLAH rəhmət eləsin!