Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon ictimaiyyətinin nümayəndələri Dağıstan Respublikası mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak ediblər

13 may 2016 | 11:00

12 may 2016-cı il tarixdə Heydər Əliyev sarayında Bakıda Rusiya Federasiyasının Dağıstan Respublikası mədəniyyəti günlərinin rəsmi açılış mərasimində və qala konsertdə  Xətai rayon ictimaiyyətinin nümayəndələri  də iştirak edib.
Tədbirdən əvvəl Sarayın foyesində Dağıstan xalqlarının dekorativ-tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilib. Ekspozisiyaya milli geyimlər, silahlar, zərgərlik məmulatları, xalçalar və s. daxil edilib. Sərgini böyük maraqla seyr edən ziyarətçilər sonra Rusiya Federasiyasının və Dağıstan Respublikasının tanınmış incəsənət ustalarının iştirakı ilə qala konsertə tamaşa ediblər.

Keçidlər