Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD ƏSGƏR XALİQ ƏZİZZADƏNİN MEDALI VALİDEYNLƏRİNƏ TƏQDİM OLUNDU

15 may 2016 | 11:00

15 may 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən qırx mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini general-mayor Rasim Əliyev, millət vəkili Hüseynbala Mirələmov, Müdafiə Naziliyinin İdarə rəisinin müavini polkovnik Abdulla Qurbani, rayonun müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətnin nümayəndələri iştirak ediblər.
Mərasimdən öncə polkovnik Abdulla Qurbani bir daha son hadisələrdə – aprelin ayının əvvəllərində  qoşunların təmas xəttində erməni hərbi birləşmələri tərəfindən törədilən təxribatın qarşısını alan  zaman Azərbaycan əsgərinin göstərdiyi şücaətdən, Azərbaycan Ordusunun hər an, hər zaman öz torpaqlarını düşmən tapdağından azad etməyə hazır olduğundan danışdı. Sonra  Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, bu hadisələr zamanı Xətai rayonu dörd şəhid verdi: mayor Təbriz Musazadə, əsgər Rəşad Niftalılı, əsgər Müşfiq Orucov və əsgər Xaliq Əzizzadə. Şəhidlər ölmür, onlar həmişə öz millətinin, öz xalqının qəlbində əbədi olaraq yaşayır. Şəhid əsgərimiz Xaliq Əzizzadə də əbədiyyətə qovuşan igid oğlanlarımızdandı. Mən şəhidimizin valideynlərinə, xüsusən də anasına bir daha minnətdarlığımı bildirirəm ki, Xaliq kimi bir igid böyüdüb vətənə verib. “Başını dik tut, Ana". Son hadisələr bir daha göstərdi ki, Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu hər an torpaqlarını azad etməyə hazırdı. Bundan sonra da dövlətin, rayon İcra Hakimiyyəti olaraq bizim diqqətimiz bu ailələrin üzərində olacaq. Mən bir daha rayon ictimaiyyəti adından, yüzlərlə şəhid ailələri adından Ali Baş Komandanımız cənab İlham Əliyevə, Müdafiə Naziri general-polkovnik  Zakir Həsənova şəhidlərimizə göstərilən ehtirama, onların ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildirirəm. Sonra Razim Məmmədov Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə təltif edildiyi “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalını Xaliq Əzzizadənin valideynlərinə təqdim etdi.
Xaliq Əzizzadənin atası  Həsən Qasımov başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, rayon İcra Hakimiyyətinə, eləcə də bütün mərasim iştirakçılarına, rayon ictimaiyyətinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi və qeyd etdi ki,  oğlu vətənin müdafiəsi zamanı şəhid olub. Və o bununla fəxr edir. O özü də müharibə veteranıdı, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. İndi də döyüşə getməyə, torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdı.  Ali Baş Komandanın əmrini gözləyir. Vətən sağ olsun.   
Qeyd edək ki, 1996-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan anadan olan  Xaliq Əzizzadə 2015-ci ildə Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Öz yaşıdları arasında hər zaman bacarığı və vətənpərvərliyi ilə seçilib. Xətai rayonu 116 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəbhənin Tərtər-Goranboy istiqamətində aprelin 4-dən 5-nə keçən gecə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən döyüşlərdə şəhid olub.
ALLAH rəhmət eləsin!

Keçidlər