Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKIMIYYƏTININ BAŞÇISI CAVANŞIR KÜÇƏSI 10 SAYLI BINANIN SAKINLƏRINI QƏBUL ETDI.

18 may 2016 | 11:00

18 may 2016-cı il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov növbəti dəfə Cavanşir küçəsi 10 ünvandakı qəzalı binanın sakinlərini qəbul etdi. Həmin binada ikiotaqlı mənzilləri olan sakinlər verilən kompensasiyanın azlığından şikayət etdilər. Vətəndaşları dinlədikdən sonra rayon icra hakimiyyətinin başçısı  məlumat verdi  ki, həmin qəzalı binada olan bütün mənzillər haqqında ətraflı məlumatlar müvafiq orqanlar məlumatlandırılmışdır. Həmin bina kəskin qəzalı vəziyyətdə olduğundan Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 S saylı sərəncamı ilə sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər bir ailəyə 45 000 manat vəsait ödənilməklə köçürülməsi və həmin binanın sökülməsi qərara alınmışdır. Nazirlər Kabinetinin qeyd olunan sərəncamına əsasən  ailə tərkibindən və yaşadıqları mənzillərin sayından asılı olamayaraq hər bir ailəyə maddi yardım ayrılması nəzərdə tutulmuşdur.

Keçidlər