Şriftin ölçüsü :

Saytın rəngi :

ATLETLƏRİMİZ MÜKAFATLANDIRILDILAR

18 may 2016 | 11:00

17 nömrəli tam orta məktəbdə paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan oğlanlar arasında atletika dördnövçülüyü üzrə yarışda birinci yeri tutmuş komandanın üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi, XXVIII spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, məktəbin direktoru Bədəl Bədəlov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Cəlil Əlizadə, Xətai rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Xalid Məmmədov, qalib komandanın üzvləri iştirak etmişlər.
       Tədbirdə çıxış edənlər qalib komandanın üzvlərini və məşqçi-müəllim Vasif Əkbərovu əldə etdikləri yüksək nəticələrlə əlaqədar təbrik etmiş, onlara növbəti yarışlarda yeni müvəffəqiyyətlər arzulamışlar.
       Sonda qaliblərə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplom və medalları təqdim olunmuşdur.

Keçidlər