Şriftin ölçüsü :

Saytın rəngi :

17 NÖMRƏLI MƏKTƏBDƏ MÜKAFATLANDIRMA MƏRASIMI KEÇIRILMIŞDIR

18 may 2016 | 11:00

17 nömrəli tam orta məktəbdə paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan oğlanlar arasında atletika dördnövçülüyü üzrə yarışda birinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVIII spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, məktəbin direktoru Bədəl Bədəlov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Cəlil Əlizadə, Xətai rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Xalid Məmmədov, qalib komandanın üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən natiqlər qalib komandanın üzvlərini və məşqçi-müəllim Vasif Əkbərovu əldə olunan yüksək nəticələr münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda qaliblər müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Keçidlər