Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKIMİYYƏTİ TƏRƏFİNDƏN DAHA BİR ŞƏHİDİMİZİN QIRX MƏRASİMİ TƏŞKİL OLUNDU.

19 may 2016 | 11:00

Mərasimdə şəhid əsgər Rəşad Niftalılının medalı qardaşına təqdim olundu
         19 may 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən qırx mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkilləri Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Fuad Muradov, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Müdafiə Naziliyinin nümayəndələri, rayonun müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
        Mərasimdən öncə məlumat verildi ki, aprelin ayının əvvəllərində  qoşunların təmas xəttində erməni hərbi birləşmələri tərəfindən törədilən təxribatın qarşısını alan  zaman Azərbaycan əsgərinin göstərdiyi şücaət, qəhrəmanlıq bir daha sübut etdi ki, Ordumuz hər an, hər zaman öz torpaqlarını düşmən tapdağından azad etməyə hazırdır. Amma təəssüflər olsun ki, son döyüşlər şəhidsiz ötüşmədi. Bu döyüşlərdə igidlik göstərən vətən oğulları dövlətimiz, vətəndaşlarımız  tərəfindən hər an diqqətlə anılır, xatırlanır.
       Sonra  Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bir daha xatırladı ki, bu hadisələr zamanı Xətai rayonu dörd şəhid verdi: mayor Təbriz Musazadə, əsgər Müşfiq Orucov əsgər Xaliq Əzizzadə və əsgər Rəşad Niftalılı. Şəhidlər ölmür, onlar həmişə öz millətinin, öz xalqının qəlbində əbədi olaraq yaşayır. Şəhid əsgərimiz Rəşad Niftalılı da əbədiyyətə qovuşan igid oğlanlarımızdandır. Mən şəhidimizin valideynlərinə bir daha minnətdarlığımı bildirirəm ki, Rəşad kimi bir igid böyüdüblər. Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu hər an torpaqlarını azad etməyə hazırdı. Bundan sonra da dövlətin, rayon İcra Hakimiyyəti olaraq bizim diqqətimiz bu ailələrin üzərində olacaq. Mən bir daha rayon ictimaiyyəti adından, yüzlərlə şəhid ailələri adından Ali Baş Komandanımız cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhidlərimizə göstərilən ehtirama, onların ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildirirəm. Sonra Razim Məmmədov Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə təltif edildiyi “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalını Rəşad Niftalılının qardaşına təqdim etdi, valideynlərinə belə vətənsevər övladlar üçün minnətdarlıq bildirdi.
       Rəşad Niftalılının atası  Şakir Niftalıyev başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, rayon İcra Hakimiyyətinə, eləcə də bütün mərasim iştirakçılarına, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi və qeyd etdi ki,  oğlanları vətənin müdafiəsi uğrunda şəhid olub. Ailələri bununla fəxr edir. Vətən sağ olsun. Digər çıxış edənlər də Ordumuzun rəşadətindən, əsgərlərimizin igidliyindən danışaraq şəhidlərimizin ruhuna dualar söylədilər.
         1993-ci ildə anadan olmuş, əslən Zəngilan rayonundan olan  Rəşad Niftalılı ali məktəbi bitirdikdən sonra 2015-ci ildə Səfərbərlik və hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmət çağırılmışdı. Xətai rayonu 64 saylı orta məktəbi bitirib.  Gəncə Texnologiya Universitetində təhsil alıb, Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Seysulan məntəqəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
ALLAH rəhmət eləsin!

Keçidlər