Şriftin ölçüsü :

Saytın rəngi :

269 NÖMRƏLI MƏKTƏBDƏ KOMANDA ÜZVLƏRININ MÜKAFATLANDIRMA MƏRASIMI KEÇIRILMIŞDIR

20 may 2016 | 11:00

269 №li tam orta məktəbdə paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan qızlar arasında "Atletika Dördnövçülüyü" üzrə yarışda ikinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin idman sahəsi üzrə aparıcı məsləhətçisi Xalid Məmmədov, məktəbin direktoru Alla Vəzirova, qalib komandanın üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Xalid Məmmədov məktəbin 2015-2016-cı tədris ili ərzində idman yarışlarında fəal iştirakından və  əldə etdiyi uğurlu nəticələrdən bəhs etmiş, qalib komandanın üzvlərini,məşqçi-müəllim Azər Ələkbərovu əldə olunan yüksək nəticələr münasibətilə təbrik etmiş, onlara
növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışdır.
Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

Keçidlər