Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA İMƏCİLİK VƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

21 may 2016 | 11:00

Xətai rayonunun bir sıra küçə və prospektlərində iməcilik keçirilib. Paytaxt Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən yaşıllaşdırma kampaniyası çərçivəsində rayonun Gəncə prospekti və General Şıxlı küçələrində çinar, zeytun, küknar, şam, söyüd ağacları əkilib. Daha öncə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Rayonda ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur.
Rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclərin iştirak etdiyi kampaniyada ərazi məişət tullantılarından təmizlənib, alaq otları götürülüb, mövcud yaşıllıqlar sulanıb.

Keçidlər