Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı yanğın baş vermiş 95 saylı orta məktəbdə olub.

23 may 2016 | 11:00

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov,  Bakı şəhəri üzrə  təhsil idarəsinin rəisi Məhəbbət  Vəliyeva,  rayonunuilə hüquq-mühafizə orqanlarının və digər əlaqədar təşkilatlarının rəhbərləri ilə birgə səhər saatlarında yanğın baş vermiş  Qaçaq Nəbi küçəsi 13 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə olublar.
Məlumat verilib ki, hadisə məktəbin ibtidai sinif şagirdlərinin dərs keçdiyi korpusun birinci mərtəbəsində baş verib. Yanğın nəticəsində binanın giriş hissəsində otaqlardan birində mebel yanıb. Eləcə də tüstü nəticəsində binanın dəhlizini tavanına və divarlarına ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. Binada uşaqlar və müəllimlər təxliyə edilib. Eləcə də iki  təcili yardım həkim briqadası gəlib. Şagird və müəllimlərdən xəsarət alanlar yoxdur. İlkin versiyalara görə yanğına səbəb qısaqapanma olsa da dəqiq səbəbi əlaqədar təşkilatlar tərəfindən araşdırılır.
Hadisə yerinə baxış keçirdikdən sonra Razim Məmmədov təhsil prosesinin dayandılrmaması üçün təcili tədbirlər görülməsi ilə bağlı tapşırıq verdi. Eləcə də hadisə zamanı yaranmış fəsadların tez bir zamanda aradan qaldırılması üçün bütün əlaqədar təşkilatların səfərbər olunmasını tapşırdı.
1286 yerlik məktəb 1977-ci ildə istifadəyə verilib. 2006-cı ildə 3 mərtəbəli 33 sinif otaqlı, 720 nəfərlik əlavə tədris korpusu tikilib. Məktəbin əsas korpusu “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2012-ci ildə əsaslı təmir edilib.
Hazırda məktəbdə 1486 şagird təhsil alır, 153 nəfər müəllim, 25 nəfər texniki işçi çalışır.

Keçidlər