Şriftin ölçüsü :

Saytın rəngi :

264 nömrəli məktəbdə Respublika günü ilə bağlı tədbir keçirildi

26 may 2016 | 11:00

26 may 2016-cı il tarixdə rayonun 264 nömrəli məktəb – liseyində 28 may respublika günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimovun, Gənclər və idman İdarəsinin rəisi Əfqan Rzayevin və bir neçə məktəb direktorlarının çıxışları dinlənildi.
Şöbə müdirinin müavini M.İbrahimov çıxışında 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin demokratik prinsiplər əsasında yaranmasından, fəaliyyətindən və 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasının bütün təhlükələri aradan qaldırdığını, məhz dahi şəxsiyyətin güclü iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini və ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi kimi başladığını qeyd etdi.
Tədbir məktəb şagirdlərinin hazırladığı bir sıra bədii kompazisiyalar, musiqi nömrələri və rəqsləri  ilə davam etdi.

Keçidlər