28 may Respublika günü ilə əlaqədar tədbirlər davam edir
Rayonun 263 nömrəli məktəbində 28 may respublika günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri firiş sözü ilə açan məktəbin direktoru Nəsimi Abbasov Şərqdə ilk dəfə Azərbaycanda demokratik dövlətin yaranmasından, onun əhəmiyyətindən danışdı.
Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov çıxışında 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin demokratik prinsiplər əsasında yaranmasından, fəaliyyətindən 23 aydan sonar süqutundan danışdı. Bildirdi ki, 70 illik sovet əsarətindən sonar 90-cı illərin əvvəllərində Sovet Hakimiyyəti dağılandan sonar Azərbaycan yenidən müstəqilliyini əldə etsə də səriştəsiz idarəetmənin nəticəsində ölkə parçalanma təhlükəsi ilə üzləşdi. Lakin 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasının bütün təhlükələri aradan qaldırdığını, məhz dahi şəxsiyyətin güclü iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini və ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi kimi başladığını qeyd etdi.
Tədbir məktəb şagirdlərinin hazırladığı bədii kompazisiyalar, musiqi nömrələri və rəqsləri ilə davam etdi.