Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - uşaqlarin beynəlxalq müdafiəsi günü münasibətilə "cirtdan" əyləncəli Oyunu keçirilmişdir.

27 may 2016 | 11:00

26 may 2016-cı il tarixdə 15 №li Uşaq Gənclər İdman Məktəbində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Cırtdan" əyləncəli oyunu keçirilmişdir. Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Valentina Sultanova, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları,15 №li UGİM-nin direktoru Orxan Məmmədov  və digər rəsmi şəxslər iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. II - IV sinif şagirdləri arasında yarış 4 növ üzrə - yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə keçirilmişdir. Yarışın yekun nəticəsinə görə I yeri 269 nömrəli tam orta məktəbin komandası, II yeri 245 nömrəli tam orta məktəbin komandası, III yeri Heydər Əliyev adına Liseyin komandası tutmuşdur.Qalib komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə mükafatlandırılmışlar.

Keçidlər