Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsm və əl işlərindən ibarət müsabiqə

31 may 2016 | 11:00

31 may 2016-cı il tarixdə Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzində Xətai rayon Gənclər və İdman İdarəsi və Yeniyetmələrin nömrəli Yaradıcılıq Mərkəzinin birgə təşkilatşılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsm və əl işlərindən ibarət müsabiqə keçirilmişdir. Mərkəzin şagirdləri arasında keçirilən müsabiqələrdə rəsm üzrə Zəhra Elşən qızı Əlizadə I yerə, Fatimə Elsəvər qızı Kərimzadə, Aytac Mirilkin qızı Hüseynova, Mətin Rövşən oğlu Süleymanlı II yerə, Nemət Mətləb oğlu Yusifov, Elmir Hatəm oğlu Eyvazov, Banu Elnar qızı Səfərbəyli III yerə, əl işləri üzrə isə Qumru Rza qızı Rzayeva I yerə, Nigar Elvin qızı Qasımlı, Zümrüd Namik qızı Davıdova II yerə, Nigar Rövşən qızı Zülfüqarova, Fatimə Rövşən qızı Zülfüqarova və Aytac Orduxan qızı Novruzova III yerə layiq görülmüşlər.
Hər iki müsabiqə üzrə qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər