1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
01 iyun 2016 | 11:00
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Xətai rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsinin və Leyla Şıxlinskaya Klinikasının birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Tofiq Məmmədov, YAP Xətai rayon təşkilatının rəhbəri Mayıl Kərimov həmçinin başqaları iştirak edirdilər.
Tədbirin sonunda 12 yeni doğulanın valideyininə doğum haqqında şəhadətnamə və hədiyyələr təqdim edildi.