Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ İCRA BAŞÇISININ NÖVBƏTİ QƏBULU KEÇİRİLDİ

06 iyun 2016 | 11:00

Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vətəndaşları qəbul etdi. Əsasən sosial-məişət və kommunal, iş və digər məsələlərlə bağlı müraciətlər olmuşdur.
Qəbulda Ədilə Mütəllibovanın mənzil növbəsinə durmaq üçün müraciəti, İradə Qurbanovanın qəzalı vəziyyətdə olan evinin sökülüb-tikilməsinə icazə verilməsi, Cavanşir küçəsi 10 a ünvanda yaşayan sakinlərin köçürülməsi ilə bağlı məsələlər və qaldırılan digər problemlər dinlənildi, aidiyyatı üzrə müvafiq qurumlara tapşırıqlar, izahatlar verildi.
Bəzi sakinlər  tərəfindən yaşayış binalarının qarşısında qeyri-qanuni zəbt edilmiş yaşıllıq zonalarının çəpərlərinin sökülməsi və ərazinin abadlaşdırılması,  aztəminatlı ailəyə ünvanlı sosial yardımla əlaqədar və s. müraciətlər dinlənildi. Qaldırılan bütün məsələlərin vaxtında, operativ tədbirlər görülməsi tapşırıldı.
Vətəndaş Elmira Babayeva tikdirdiyi fərdi yaşayış evinin sənədləşdirilməsində köməklik göstərilməsinə və müsbət həllinə görə dövlət  başçısı cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirdi. 
Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, rayon MKTB-nin, Xətai və Əhmədli bələdiyyələrinin sədrlərinin, həmçinin rayon xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda 32 nəfərin müraciətinə baxıldı.

Keçidlər