Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda tədbir

09 iyun 2016 | 11:00

İyunun 9-da 5 saylı Bakı peşə liseyində  Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzsunda tədbir keçirildi.
Tədbirdə Azərbaycanda tolerantlıq mühiti, radikal dini cərəyanların, ekstremizmin təbliğatında gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər-radikal dini qrupların təbliğatına qarşı dini icmalarla, dövlət orqanları və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi, radikallığa qarşı mübarizədə düzgün maarifləndirmə işinin təşkili məsələləri müzakirə olundu.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxış edərək dini radikalizm və onun fəsadları barədə məsələlərə toxundu və vətəndaşlamızı dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşulmaq cəhdlərini qətiyyətlə pisləyərək, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında məlumat verdi.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov isə öz nitqində bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətlərindən bəhs edərək, dövlətimizin bu kimi neqativ halların qarşısını almağa qadir olduğunu bildirdi. Eyni zamanda natiq dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə istiqamətində görülən işlərdən danışdı.
Daha sonra məruzə ətrafında rayon din xadimləri, ziyalıları və fəal gəncləri tərəfindən müzakirələr davam etdirildi.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” filminin nümayişi oldu

Keçidlər