Şriftin ölçüsü :

Saytın rəngi :

14 iyun tarixində Xətai rayonunda fəaliyyət göstərən təhsil ocaqlarında son zəng həyacanı yaşandı.

14 iyun 2016 | 11:00

Xətai rayonunda fəaliyyət göstərən təhsil ocaqlarında son zəng həyacanı yaşanıb. Rayonun Zəkalar liseyində keçirilən tədbirdə əvvəlcə 11-ci və birinci sinif şagirdləri məktəbin həyətinə daxil olublar. Məzunları təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva son illər təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki,dövlət proqramı çərçivəsində rayon ərazində fəaliyyət göstərən məktəblərdə yenidənqurma işləri aparılıb. Bu istiqamətdə Heydər Əliyev fondunun gördüyü işlər isə danılmazdır. Qeyd olunub ki, ötən il daxil olan abituriyentlər arasında  222 nəfər 600-dən, 42 nəfər isə 650-dən yuxarı bal toplayıb. Rayonun 68 məzunu dünyanın müxtəlif ali məktəblərinə qəbul olunub. 8 nəfər isə orta məktəbi qızıl medalla bitirib. Bu il isə 2800 şagird məzun adını daşıyır.Digər təhsil ocaqlarında isə  çıxış edən müəllimlər, valideynlər həyata vəsiqə alan məzunlara uğur arzulamaqla yanaşı, müstəqil Azərbaycanın çiçəklənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü də vurğulayıblar. Məzunlar isə “Son zəng”i həyatlarında yeni başlanan həyata çağırış kimi dəyərləndiriblər. Sonda son zəng çalınıb və 11-cilər öz sıralarını 1-cilərə təhvil veriblər. Tədbir məktəblilərin ifasında ədəbii bədii kompozisiya ilə davam etdirilib.

Keçidlər