Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Narkomaniyaya qarşı mübarizə hamının borcudur" mövzusunda tədbir keçirildi

24 iyun 2016 | 11:00

24 iyun  2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında  Narkomaniyayla bağlı tədbir keçirilmişdi. Tədbir iştirakçıları əvvəlcə Xətai rayon məktəblilərinin narkomaniyaya qarşı həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi və kitab sərgisi ilə tanış oldular. Tədbirdə rayon İcra Hakimiyyətinin müavini Q.Rəhmanov, Gənclər və İdman İdarəsinin rəisi Ə.Rzayev, Respublika Narkomaniyaya qarşı mübarizə Komissiyasının işçi qrupundan E.Sadıqov, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin həkimi R.Abbasov, həkim narkoloq, yazıçı A.Kəngərli, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsindən V.Məmmədov və QİÇS Mübarizə Məkkəzinin nümayəndəsinin çıxışları dinlənildi.
Xətai rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov çıxışında bildirdi ki bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyev 1997-ci ilin fevral ayında Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə Yardımçı Komissiyanın 32-ci sessiyasının açılışında söylədiyi nitqində qeyd etmişdir ki, “narkotiklərə nəzarət, narkomaniya və narkobiznes ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir”. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi və praktik tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin  28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) buna əyani sübutdur. Bu Proqramın icrası ümumən Respublikada olduğu kimi rayon miqyasında da uğurla həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir ki, Proqramın əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Qeyd olunmalıdır ki, rayon İcra Hakimiyyəti nəzdində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə üzrə” Komissiyası fəaliyyət  göstərir. “Narkomanlığa və narkotik vasitələrin  qanunsuz  dövriyyəsinə qarşı  mübarizə” üzrə komissiyanın tədbirlər planı tərtib olunaraq,  təsdiq edilmişdir. Tədbirlər  planına uyğun olaraq  rayon ərazisində  fəaliyyət göstərən  idarə, müəssisə və təşkilatlarda, təhsil və səhiyyə  ocaqlarında  narkomanlığın cəmiyyətə və insanların  sağlamlığına vurduğu ziyan barədə  təbliğat və kompleks profilaktik tədbirlər həyata keçirilmiş, ayrı-ayrı kollektivlərdə  dəyirmi masalar təşkil edilmiş  və nəticələri mətbuatda  işıqlandırılmışdır. Eyni zamanda narkomalıqla bağlı hüquq pozmalara meyilli olan yetkinlik yaşına çatmayanların, yaşayış yerləri, işlədiyi və ya təhsil aldığı  inzibati ərazilər üzrə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri, bələdiyyələr arasında  əlaqələr  genişləndirilmiş və müntəzəm  olaraq  maarifləndirmə işləri aparılmışdır.

Keçidlər