Rayon İcra Hakimiyyətinin başçısı Babək prospektində "Maşın bazarı" adlanan ərazidə baş vermiş yanğın yerində olub.
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayonunuilə hüquq-mühafizə orqanlarının və digər əlaqədar təşkilatlarının rəhbərləri ilə birgə dünən axşam saatlarında Babək prospektində "Maşın bazarı" adlanan ərazidəyanğın baş vermiş əraziyə gəlib. Məlumat verilib ki yanğın nəticəsində bazarın 3 min kv.m ərazisindən təxminən 930 kv.m. i yanıb. İnsan tələfatı yoxdur. Hal-hazırda yanğının baş vermə səbəbləri əlaqədar təşkilatlar tərəfindən araşdırılır.
Hadisə yerinə baxış keçirdikdən sonra Razim Məmmədov təcili tədbirlər görülməsi ilə bağlı tapşırıq verdi. Eləcə də hadisə zamanı yaranmış fəsadların tez bir zamanda aradan qaldırılması üçün bazar rəhbərliyinin, bütün əlaqədar təşkilatların səfərbər olunmasını tapşırdı.