Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir
01.07.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun rəhbərliyi ilə müşavirə keçirilib. Tədbirdə başçının müavinləri, şöbə müdirləri, rayon MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər. Müşavirədə rayon ərazisində aparılan abadlıq, quruculuq və yenidənqurma işləri, yüksək mərtəbəli binalarda aparılan təmir işləri, yay mövsümündə rayon ərazisinin sanitar –gigiyenik vəziyyəti, həmçinin dünən Babək prospektində “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın hadisəsi ilə bağlı məsələlər müzakirə edilib.
Müşavirədə həmçinin rayon sakinlərinin mədəni istirahətinin daha səmərəli təşkil olunması çərçivəsində 02.07.2016-cı il tarixdə Xətai rayonundakı Heydər Əliyev adına parkda keçiriləcək Yaponiya və Azərbaycan incəsənət ustalarının birgə konsertinə hazırlıqla bağlı işlərin daha səmərəli, operativ həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verildi.