Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar arasında məhəllələrarası “Mini-Futbol” idman növü üzrə Xətai rayоn birinciliyinin final mərhələsi kеçirilmişdir.

01 iyul 2016 | 11:00

1 iyul 2016-cı il tarixdə 171 №li tam orta məktəbin bazasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2005-2006-ci il təvəllüdlü uşaqlar arasında məhəllələrarası “Mini-Futbol” idman növü üzrə Xətai rayоn birinciliyinin final mərhələsi kеçirilmişdir.
Final mərhələsində üçüncü yer uğrunda oyunda "Əhmədli" komandası "Günəşli" komandası üzərində 2:1 hesablı qələbəyə sevinmiş, final oyununda isə "Şahdağ" komandası "Kombinat" komandasına 5:1 hesabı ilə qalib gələrək çempion adını qazanmışdır.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Xalid Məmmədov və digər şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunmuşlar.

Keçidlər