Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Multikulturalizim ili” çərçivəsində Yaponiyanın “Va Liqa” qrupunun konserti oldu

04 iyul 2016 | 11:00

İyulun 2-də Xətai rayonundakı Heydər Əliyev Parkında rayon İcra Hakimiyyətinin və  Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı təşkil olunub. “Multikulturalizim ili” çərçivəsində təşkil olunmuş tədbirdə Yaponiyanın tanınmış “Va-Liqa” musiqi qrupu  və Azərbaycanın muğam üçlüyü birgə ifalarla çıxış edib.
Tədbirdə çoxsaylı qonaqlarla yanaşı  Koreya səfirliyindən  səfir cənab Kim Çanq-gyu, Rumıniya səfirliyindən səfir cənab Daniel Kristian Çiobanu və xanımı Luminita Çiobanu, Ukrayna səfirliyindən səfir cənab Aleksandr Mişenko, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın Bakı ofisindən  Ofisin rəhbəri cənab Furio De Angelis və xanımı Hiromi İriyama, Türkiyə səfirliyindən  attaşe xanım Özge Kartal və həyat yoldaşı, İsrail səfirliyindən  səfir cənab Dan Stav və xanımı Gili Stav, Səfirin müşaviri cənab Amir Rom, Konsul xanım Ronit Kapuya Azuz, Hindistan səfirliyindən səfir cənab Sanjay Rana və xanımı Barbara Yankovska, Kolumbiya səfirliyindən səfir xanım Marta Qalindo Pena və həyat yoldaşı, Serbiya səfirliyindən  səfir cənab Neboyşa Rodi  də  iştirak ediblər.
        İştirakçılar və qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısına tər çiçəklər düzüblər, Yapon bağını gəziblər.
Sonra  rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tədbirdə iştirak edən xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrini və digər  qonaqları salamladı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu istiqamətdə rayonumuzda mütamadi olaraq tədbirlər keçirilir ki, bu günki tədbirimiz də məhz Multikulturalizm mövzusuna həsr olunub. Belə tədbirlərin keçirilməsi ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, insanlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Elə buna görə də bu gün ölkəmiz tolerantlığın mərkəzi olan ölkələrdən biri hesab olunur. Razim Məmmədov eləcə də Azərbaycan-Yaponiya döstluq münasibətləri çərçivəsində rayonumuzda görülən işlərdən danışdı.
       Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahişi tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan ilə Yaponiya arasında digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Ölkənin müxtəlif yerlərində, o cümlədən Xətai rayonunda salınan Yapon parkları, keçirilən müxtəlif mədəni tədbirlər, insanlarımız arasında qardaşlıq səfərləri və s. Yaponiya – Azərbaycan dostluğunun bariz nümunəsidir.
       Daha sonra Yaponiyanın tanınmış "Va Liqa" musiqi qrupunun rəngarəng musiqi nömrələri dinlənildi. Konsertdə “Va Liqa” və Azərbaycan  muğam üçlüyünün ifasında ənənəvi Azərbaycan musiqisi ilə ənənəvi Yapon musiqisinin sintez ifaları isə tamaşaçılar tərəfindən daha böyük coşqu ilə  qarşılandı.

Keçidlər