Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Dövlət Proqramı çərçivəsində əsaslı təmirnə başlanmış 265 nömrəli orta məktəbdə olub.

04 iyul 2016 | 11:00

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov,  "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində əsaslı təmir olunan 265 tam orta məktəbdə olub və təmir işlərinin gediş ilə tanış olub. Məlumat verilib ki, şəhid Y.Yusifovun adını daşıyyan 265 nömrəli məktəb 1983-cü ildən fəaliyyət göstərir. Üç mərtəbəlidir və 1070 yerlikdir. 5 günlük iş rejimi ilə iki növbədə işləyir. Məktəbdə 102 nəfər müəllim çalışır. Onlardan 94 nəfər ali, 8 nəfər orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 47 sinfində 1044 şagird təhsil alır. 2006-cı ildə məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Məktəbimi 2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində "ilin məktəbi" adına layiq görülmüşdür.
İşlərin gedişi ilə tanış olduqdan sonra rayon MKTB-nin rəhbərliyinə və digər məsul işçilərə təmir işlərinin vaxtında və səmərəli başa çatması üçün lazımi tədbirlər görülməsi, yaranacaq problemlərin vaxtında aradan qaldırılması üçün tapşırıqlar verildi.

Keçidlər