Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi mövzusunda müşavirə keçirilib

11 iyul 2016 | 11:00

11 iyul 2016-cı il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə  yanğın təhlükəsizliyi mövzusunda müşavirə keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin, rayon hüquq-mühafizə və xidmət orqanlarının nümayəndələri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri, rayon ərazisində fəaliyyət göstərən bəzi özəl   müəssisələrin, o cümlədən,  “Üzeyir-2” və “Qarabağlar” kiçik müəssisəslərinin rəhbərləri iştirak ediblər. 
Tədbirdə xüsusən, rayonun Babək prospektində 30 iyun 2016-cı il tarixdə "Maşın bazarı" adlanan ərazidə baş vermiş yanğına səbəb olmuş amillər, təhlükəsizlik tədbirləri, belə müəssisələrdə fəaliyyət göstərən icarədarlar və sahibkarlar üçün yaradılan iş şəraiti, alıcıların və satıcıların təhlükəsizliyinin təmin olunması və s. məsələlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Keçidlər