Şriftin ölçüsü :

Saytın rəngi :

08.02.2013-cü il tarixində Xətai rayonunda“Səyyar Əmək yarmarkası” keçirilmişdir

09 fevral 2013 | 11:00

Müasir dövrdə işaxtaranların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq   tədbirləri aktuallığı ilə diqqət mərkəzindədir. 8  fevral 2013-cü il tarixdə mobil və çevikliyi, cəlb ediciliyi ilə fərqlənən “Səyyar Əmək Birjası” tədbiri Xətai rayonunda keçirilmişdir.Tədbirin keçirilməsi üçün  işaxtaran vətəndaşların maarifləndirilməsinə daha çox ehtiyac duyulan ərazi kimi Əhmədli qəsəbə inzibati ərazi dairəsi seçilmişdir.  Xətai rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə işaxtaran vətəndaşlara müasir texnologiyalar əsasında Bakı  şəhərinin müxtəlif yerlərində, əsasən Xətai rayon ərazisində mövcud olan Dövlət və özəl müəssisələrdə boş  iş  yerləri  haqqında məlumatlar  təqdim edilmiş, maarifləndirici bukletlər və  informasiyalar  işaxtaranların ixtiyarına verilmişdir. Bundan  əlavə, işaxtaran vətəndaşlara fərdi yanaşma yolu  ilə müvafiq məsləhətlər verilmişdir. Tədbirdə işaxtaran şəhər vətəndaşları müxtəlif məşğulluq xidmətləri, o cümlədən peşəyönümü  və peşə  kursları  barədə məlumatlar əldə  etmişlər.Ümumilikdə 68 göndəriş verilmiş, 21 nəfər işə qəbul olunmuş, 4 nəfər peşə kurslarına cəlb olunmuşdur.

Keçidlər