Rayon İcra Hakimiyyətində tədbir
27 iyul 2016-cı il tarixdə rayon icra aparatının əməkdaşları Məmmədov Tofiq Cabbar oğlu və Rzazadə Həsən Hacı oğlu pensiya yaşlarının çatmaları ilə əlaqədar təntənəli şəkildə yola salınmışlar.
Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hər iki əməkdaşın dövlət qulluğunda uzun illərdən bəri nümunəvi və səmərəli fəaliyyətlərinə görə minnətdarlıq etdi və onların cənab Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduqlarını da diqqətə çatdırdı. Əməkdaşlarımızın keçdiyi əmək yolunun aparatın gənc kadrlarına hər zaman nümunə ola biləcəyini bildirdi.
Tədbirin sonunda Razim Məmmədov hər iki əməkdaşa gül dəstələri təqdim etdi və xatirə şəkilləri çəkildi.