Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir

28 iyul 2016 | 11:00

28.07.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı   Razim Məmmədovun rəhbərliyi ilə müşavirə keçirilib. Tədbirdə millət vəkili Hüseynbala Mirələmov, rayon hüquq-mühafizə orqanlarının, MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və  Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Müşavirədə rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, yüksək mərtəbəli binalarda aparılan təmir işləri, yay mövsümündə rayon ərazisinin sanitar –gigiyenik vəziyyəti, baş verə biləcək yangın hadisələrinin  qarşısının alınması məqsədilə ərazilərdə quru otların təmizlənməsi və digər tədbirlərin görülməsi, yeni dərs ilinə hazırlıqla bağlı məktəb və bağçalarda cari təmir işləri, rayon ərazisindəki xüsusi proqramla təmiri həyata keçirilən 5 yaşayış binasındakı və Nazirlər Kabinetinin qərarına əsasən sökülüb yenidən tikiləcək qəzalı binalardakı mövcud vəziyyət   müzakirə edilib.
     Müşavirədə həmçinin qeyd olunub ki, rayon sakinlərinin asudə vaxtlarının, istirahətinin daha səmərəli təşkil olunması çərçivəsində yeni nümunəvi həyətlərin tikilməsi  ilə əlaqədar YAP Xətai rayon təşkilatı ilə birgə irəli sürülən təşəbbüs rayon sakinləri tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. Bu məqsədlə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun müvafiq sərəncamına əsasən komissiya yaradılıb, tədbirlər planı hazırlanıb. Plana əsasən , daha öncədən rayon ərazisində mövcud olan 70 nümunəvi həyətdə bir sıra yenidənqurma və cari təmir  işləri aparılacaq, daha 31 ünvanda isə bu tipli yeni həyətlər salınacaq. Layihəyə əsasən, bu həyətlərdə sakinlərin və uşaqların asudə vaxtlarını daha maraqlı keçirmələri üçün əyləncə, idman və s.  qurguları quraşdırılacaq. Görüləcək işlərin  sentyabr ayının 15-dək yekunlaşdırılması nəzərdə tutulur.

Keçidlər