Xətai rayonunda “Uğurlu təhsilə aparan yol” mövzusunda konfrans keçirilib
Xətai rayonundakı 5 nömrəli peşə liseyində “Uğurlu təhsilə aparan yol” mövzusunda konfrans keçirilib. Konfransda rayonun bu il ali məktəblərə qəbul zamanı əldə olunan uğurlar və qarşıda duran vəzifələr müzakirə mövzusu olub.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən rayonların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində rayon ərazisində fəaliyyət göstərən 37 ümumtəhsil məktəbindən 33-ü əsaslı təmir edilib, 2 məktəb təmamilə sökülərək yerində müasir standartlara cavab verən məktəb binaları inşa edilib. Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, bu gün ölkədə təhsilin, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının ölkədə yeni məktəblərin tikilməsi ilə bağlı tapşırıqları hər yerdə olduğu kimi Xətai rayonunda da uğurla icra olunur. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın gördüyü işlər danılmazdır.
Konfransda rayon ərazisində təhsil sahəsində görülən işlərlə bağlı məlumat verildi. Qeyd edildi ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafı dövlət proqramının icrasına uyğun olaraq rayonda təhsil infrastrukturu müasirləşdirlir, yeni məktəblər tikilib istifadəyə verilir, movcud binalar isə əsaslı təmir olunur. Dövlət proqramına uyğun olaraq rayonun 261 və 265 nömrəli orta məktəblərində son tamamlanma işləri aparılır, təhsil ocaqları müasir şəkildə qurulur, otaqlarda şagirdlərin yüksək təhsil almaları üçün lazımı şərait yaradılır. Rayon ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə əlavə tədris korpuslarının tikintisi də
aparılmaqdadır. 245 və 58 saylı orta məktəblərdə tikilən korpuslar ən son müasir yeniliklər əsasında inşa edilir və lazımı tədris invertarları ilə təchiz olunur. Burada həmçinin, yeni kimya, riyaziyyat, laboratoriya və digər fənn otaqları yeni tədris ilində şagidlərin istifadəsinə veriləcək. Bütün bunlarla yanaşı şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə təhsil ocaqlarının ətraflarında kiçik parklar yaradılıb.
Sonra rayon üzrə ali məktəblərə qəbul zamanı əldə olunan nəticələr
barədə məruzə dinlənildi. Qeyd olundu ki, bu il rayon üzrə 1776 şagird imtahan verib. Onlardan 1194 nəfəri ali məktəblərə qəbul olunub. Daxil olan abituriyentlər arasında 143 nəfər 500-dən, 62 nəfər 600-dən, 21 nəfər isə 650-dən yuxarı bal toplayıb. Bütün bunlarla yanaşı rayonun 87 məzunu dünyanın müxtəlif ali məktəblərinə qəbul olunub. 7 nəfərdən çox məzun isə prezident təqaüdünə layiq görülüb. 3 məzun orta məktəbi qlızıl medalla başa vurub. Bu da respublika üzrə ən uğurlu göstərici hesab olunur. Konfrasn müzakirələrlə davam etdirilib.