Şriftin ölçüsü :

Saytın rəngi :

3 saylı uşaq evinin sakinləri üçün ekskursiya təşkil olunub

17 avqust 2016 | 11:00

Məktəblilərin yay tətili günlərinin səmərəli təşkili məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində rayonun 3 saylı uşaq evinin sakinləri üçün ekskursiya təşkil olunub. Tədbirlərin keçirilməsində əsas məqsəd balacaların yay tətili günlərini səmərəli təşkil etmək, eləcə də, onlara Azərbaycanın qədim tarixi barədə məlumatların çatdırılmasır.
Tədbir çərçivəsində internat evinin sakinləri Qala qəsəbəsində yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə tanış oldular. Məlumat verildi ki, kompleksdə Abşeron yarımadasında tapılan və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunan qalıqları yerləşdirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparıb. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən, insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub. Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə
istifadə olunan X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir.
Sonra internat evinin sakinləri “Əntiq Əşyalar Muzeyi”ndə oldular. Burada onlar XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələrinə baxdılar. Həyata keçirilən bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir.
Yay istirahəti çərçivəsində balacalar daha sonra Zirə Mədəniyyət Mərkəzi və  Eko – parkda oldular. Mərkəz ərazisinin ümumi sahəsi 10
ha-dır. Burada 50.000 -dən çox müxtəlif  növ dekorativ və meyvə ağacları, 100000-dən artıq kol və 1000000-a yaxın çiçək və güllər əkilib. Xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra sürünən küknar kolları və digər ağac növləri var.
Tədbir iştirakçıları həçinin, İDEA resurs mərkəzi, informasiya otağı, şahmat otağı və gimnastika mərkəzi ilə tanış oldular.Tanışlıqdan sonra balacar parkın ərazində yaradılan atraksionlardan istifadə etdilər.
Ekskursiya 3 saylı uşaq evinin sakinləri üçün xoş təsuratlarla yadda qaldı.

Keçidlər