Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsaqqallar Şurasının hesabat yığıncağı

09 fevral 2013 | 11:00

8 fevral 2013-cü il tarixində 260 saylı məktəbdə Xətai Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.  Xətai Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağının gündəliyi təsdiq olunandan sonra təbrik və tövsiyyələrini bildirmək üçün söz Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova verildi. Natiq yığıncağın iştirakçılarını salamlayaraq söylədi ki, tarix boyu xalqımız öz ağsaqqallarına  və ağbirçəklərinə hörmətlə yanaşmış, onların qayğısına qalmışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişındən sonra isə xalqımızın bu zümrədən olan insanlarına dövlət səviyyəsində xüsusi diqqət olmuş və onlar cəmiyyətimizin ən qiymətli xəzinəsi kimi qiymətləndirilmişlər. Bu gün Azərbaycanda elə bir ictimai-siyasi tədbir, kampaniya yoxdur ki, ahıllarımız, ağsaqqallarımız orada fəal iştirak etməsinlər və öz mövqelərini ortaya qoymasınlar. Bu mənada onlar həmişə gənc nəslə nümunə olmuşlar. Razim Məmmədov  bu zümrədən olan insanlara dövlət qayğısından danışaraq bildirdi ki, Prezidentimiz cənab İlham Əliyev   ulu öndər  Heydər Əliyevin bu istiqamətdə də siyasi xəttini uğurla davam etdirərək yaşlı nəslin imtiyazlı nümayəndələrinə birdəfəlik maddi yardımlar göstərilməsi, onların minik avtomobilləri ilə təmin edilməsi və mənzil şəraitlərinin, sosal rifahlarının yaxşılaşdırılması məqsədilə vaxtaşırı sərəncamlar verir.
         Natiq həmçinin qeyd etdi ki, bizdə olan və Xətai Rayon Ağsaqqallar Şurasının verdiyi məlumata görə bu gün rayonumuzda yaşlı nəslin 20 minə yaxın nümayəndəsi yaşayır. Onların rayonun  ictimai- siyasi tədbirlərində, toplantı və yığıncaqlarında daim fəallıq göstəridyini deyən natiq əmin olduğunu bildirdi ki, bu il keçiriləcək və xalqımızın taleyində xüsusi rol oynayacaq prezident seçkilərində də ahıllarımız, ağsaqqallarımız yaxından iştirak edəcək və qətiyyətli mövqelərini ortaya qoyaraq inkişaf və tərəqqi strategiyasının davam etməsinə səs verəcəklər.
          Tədbirdə YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov da çıxış edərək gənc nəsillərə nümunə olan, ölkənin ictimai-siyasi həyatında daim fəallığı ilə seçilən ahıllara, Xətai Rayon Ağsaqqallar Şurasının üzvlərinə bu fəallığı davam etdirməyi tövsiyə etdi və cəmiyyətin onlara həmişə ehtiyacı olduğunu bildirdi.
          Yığıncaq Xətai Rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadənin hesabat məruzəsi ilə işini davam etdirdi. Hesabat məruzəsi ətrafındakı çıxışlardan və müzakirələrdən sonra təşkilatın son illərdəki fəaliyyəti qənaətbəxş sayıldı. Qeyd olundu ki, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın tərəqqisinə və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən sosial-iqtisadi və xarici siyasətinin nə dünən, nə də bu gün alternativi yoxdur. Ona görə də bütün respublika ahılları kimi, Xətai rayon ahılları da öz prezidentlərini qətiyyətlə dəstəkləyir və bundan sonra da onun yanında olacaqlarını bildirirlər.
          Sonra konfrans iştirakçıları yenidən Qurbanəli Əlizadənin Xətai Rayon Ağsaqqallar Şurasının sədrliyinə namizədliyini irəli sürdülər. Sədrin və onun müavinlərinin seçkisindən sonra təşkilati məsələlər müzakirə olundu. Sonra rayon təşkilatından beş nəfər Respublika Ağsaqqallar Şurasının növbədənkənar qurultayına nümayəndə seçildi.

Keçidlər