Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda elektrik və kommunikasiya xətləri yenilənir

19 avqust 2016 | 11:00

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında olduğu kimi Xətai rayonunun qəsəbə və kəndlərində infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturu təkmilləşdirilib, əhalinin su , kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılıb. Rayonda aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq enerji təsərrüfatının yenilənməsi davam etdirilir. Dövlət Proqramının icrasına uyğun olaraq Xətai rayonunun bir sıra küçə və prospektlərində enerji təchizatı eləcə də kommunikasıya xətləri dəyişdirilərək yeniləri ilə əvəzlənir. Rayonun Naxımov yaşayış sahəsində elektrik şəbəkəsinin yüksək gərginlikli hava xətlərinin yeraltı kabellərlə əvəzlənməsi işləri davam etdirir.
Əvvəllər bu ərazilər Zığ 110-6 kilovotluq yarımstansiya vasitəsilə qidalanırdı. Bu da bir sıra çətinliklər yaradırdı. Bunu nəzərə alaraq rayon icra hakimiyyəti tərəfinfən tədbirlər planı hazırlanmış, plana uyğun olaraq 6 kVt   yağsız, 2 dövrəli  ən müasir, zədələnməyən və uzunömürlü kabellərin çəkilməsinə başlanılmışdır.
  Rayonun Yusif Səfərov küçəsində yerləşən 35-6 kVt yarımstansiya da yenidən qurulur. Elektrik şəbəkəsi müasir avadanlıqlarla təhciz olunub. Bununla yanaşı Həzi Aslanov və Ağ şəhər yarımstamnsiyası arasında mövcud olan yüksək gərginlikli elektrik xətləri yeraltı xətlərlə əvəzlənir. Əhalinin içməli suya olan tələbatının aradan qaldırlması məqsədilə   plana uyğun olaraq, UPD yaşayış massivi sahəsindəki Süleyman Əhmədov küçəsi boyunca  yeni su xətti çəkilib. Burada həmçinin 350 mənzilə müasir tipli sayğaclar quraşdırılıb. Ümumilikdə 824 metr uzunluğunda su xətti çəkilib. Bu da öz növbəsində sakinləri fasiləsiz içməli su ilə təmin etmək imkanı verir.
Gəncə prospekti, Məzahir Rüstəmov küçələrində və digər ərazilərdə də bu istiqmətdə işlər fasiləsiz davam etdirilir. Qum adasından gələn yüksək təzyiqli magistral qaz kəmərinin Cavanşir küçəsindən keçən hissəsi dəyişdirilib. 1200 metr uzunluğunda olan qaz xətti əhalinin 24 saat ərzində qazla fasiləsiz olaraq təmin edəcək.
  Əhalinin gediş gəlişini, təhlükəsiz və  rahat hərəkətini təmin etmək məqsədilə Ağ şəhər bulvarında inşa edilən yeraltı keçidin və  bu ərazidə Nobel prospekti ilə Babək porspektini birləşdirəcək Xəqani Rüstəmov küçəsinin tikintisi   davam etdirilir.

Keçidlər