64 SAYLI MƏKTƏBDƏ SƏYYAR GÖRÜŞ
2016-cI il avqustun 19-da Xətai rayonundakı 64 saylı tam orta məktəbdə sakinlər ilə görüş keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri , eləcə də rayon sakinləri iştirak edirdilər.
Görüşdə sakinlərə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonumuzsa abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən Əsmət Səmədova, Mehparə Quliyeva, Şahkərəm Cəfərov və başqaları rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Əsasən, qəsəbədaxili bəzi yolların təmiri, işıqlandırılması, elektrik enerjisinin zəifliyi və digər kommunal məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.