Xətai rayonunda "Multikulturalizm və Azərbaycançılıq" mövzusunda konfrans keçirilib
22.08.2016-cı il tarixdə Xətai rayonunda "Multikulturalizm və Azərbaycançılıq" mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun, onun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Bu bir faktdır ki, Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Xətai rayonunda da milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir. Bunun nəticəsi olaraq Xətai rayonu Türkiyə, Belarus, Yaponiya kimi dövlətlərlərin şəhərləri ilə qardaşlaşma ilə bağlı ikitərəfli müqavilələr imzalanıb. Prezident İlham Əliyevin bu ili "Multikulturalizm ili" elan etməsi ilə əlaqədar Xətai rayonu Heydər Əliyev Parkında Yaponiyanın məhşur "Va-Liqa" musiqi qrupu möhtəşəm konsert proqramı ilə çıxış edib. Rayon ərazisində müasir şəkildə qurulan "Yapon Bağı"nın istifadəyə verilməsi ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin qorunub saxlanılması istiqmətindən görüləş işlərin tərkib hissəsidir. Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərində Ulu öndər Heydər Əliyevin adına körpünün tikilməsi, 2,5 hektar ərazidə Ümummilli lider Heydər Əliyevin adına yeni park salınması Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurlar sırasındadır. "Multukulturalizm uşaqların gözü ilə"adlı tədbir keçirilməsi də multikultural dəyərlərin təbliği istiqamətində atılan addımlar sırasındadır.
Tədbirdə çıxış edən digər iştirakşılar YAP-nın Xətai rayon təşkilatın sədri millət vəkili Hüseynbala Mirələmov, AR Prezidenti yanında "Bilik" fondununun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçi Rəşad İlyasov, AMEA fəlsəfə və hüquq institutunun elmi işçisi, fəlsəfə elmləri üzrə doktoru Elsevər Səmədov, M.F. Axundov adına Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva və digər çıxışçılar multikulturalizm mövzusunda Xətai rayonunda mütəmadi olaraq keçirilən silsilə tədbirlərin təqdirəlayiq hal olduğunu vurğuladılar və bildirdilər ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə baxmayaraq Azərbaycanda uzun illərdir ki, müxtəlif dinlərə mənsub xalqlar sülh və əmin amanlıq şəraitində yaşayırlar. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosese mühüm töhvələr verib. Konfrans müzakirələrlə davam etdirildi.