Rayon İcra Hakimiyyəti başçısının yeni salınmış "Nümunəvi həyət"də sakinlərlə görüşü
Son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə Xətai rayonu ərazisində yeni yaşılıq zolaqları, park və meydanlar salınır. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə "nümunəvi həyət"in salınması da görülən işlərin tərkib hissəsidir.
26.08.2016-cı il tarixdə Zığ şossesi boyunca yerləşən binaların qarşısında daha bir nümunəvi həyət istifadəyə verildi. Ümumi sahəsi 2500 kv.m. olan nümunəvi park müasir standartlara uyğun şəkildə tikilib. Dövlət başçısının ölkədə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyin tapşırıqların icrasına uyğun olaraq nümunəvi həyətlərdə yeni yaşıllıq örtükləri salınıb. Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif növ atraksionlar quraşdırılıb.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, Prezient İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rayonda əsaslı və kompleks yenidənqurma işləri görülür. Son illərdə dövlət başçısının Xətai rayonuna etdiyi səfərlər, rayonda gedən quruculuq və abadlıq işlərinə güclü təkan verib. Rayon icra hakimiyyətinin səyyar və yerli qəbullar zamanı sakinlər tərəfindən yeni yaşıllıqların salınması ilə bağlı qaldırlılan məsələlər də həllini tapır. Bununla bağlı rayon İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb. Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərdən də danışdı. Dedi ki, son illər ərzində rayon ərazisində 5-dən çox park salınıb. İndiyənədək müxtəlif ərazilərdə 70-ə yaxın abad həyət qurulub. 31 nümunəvi həyətin salınması işləri isə davam etdirilir.
Çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonra sakinləri narahat edən məsələlər dinlənildi. Qaldırılan məsələlər əsasən yeni liftlərin qurşadırılması, qaz, su, işiq xətlərinin yenilənməsi və digər bu kimi məsələlər oldu. Problemlərin qısa zaman ərzində həll edilməsi istiqamətində yerli struktur bölmələrin rəhbərlərinə göstərişlər verildi.