Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir

27 fevral 2013 | 11:00

 Fevralın 26-da Prezident İlham Əliyev Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmişdir.
Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdür.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Sonra Prezident İlham Əliyevə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tərəfindən  abidənin ucaldığı parkda aparılmış yenidənqurma işləri haqqında məlumat verildi.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.

Keçidlər