Xətai rayonunda abadlıq işləri davam etdirilir
Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Xətai rayonunun simasının gözəlləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir. Son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə rayon ərazisində yeni yaşıllıq zolaqları, park və meydanlar salınır. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə "nümunəvi həyət"lərin salınması da görülən işlərin tərkib hissəsidir. Son illər ərzində rayon ərazisində 5-dən çox park, müxtəlif ərazilərdə 70-ə yaxın abad həyət salınıb. Bir sıra binaların qarşısında 31 yeni abad məhəllənin salınması işləri isə davam etdirilir. Rayon icra hakimiyyətinin səyyar və yerli qəbulları zamanı sakinlər tərəfindən yeni nümunəvi həyətlərin, uşaqların istirahəti üçün parkların və yaşıllıqların salınması ilə bağlı qaldırlılan məsələlər də həllini tapır. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq artıq rayonun Zığ şossesi boyunca yerləşən binaların qarşısında qanunsuz hasarlanan ərazilərin və obyektlərin sökülməsinə başlanılıb. Burada quruyan ağaclar kəsilib, ərazi zibiklilərdən təmizlənib. Yaxın vaxtlarda təmizlik işləri aparılan bu ərazilərdə yeni abad məhəllərin yaradılmasına başlanılacaq. İşlərin tez bir zamanda başa çatması üçün əlavə canlı qüvvə və rayon İcra Hakimiyyətinin texnikası cəlb olunub. Rayonun zahiri görkəmində müsbət dəyişikliklərə səbəb olan bərpa və abadlıq işləri həm də rayon sakinlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradacaq. Rayon sakinlərin müraciəti əsasında tikiləcək 31 abad həyətin sayı da artılıb. Yaradılacaq nümunəvi həyətlərdə guşələr, idman meydançası, uşaqlar üçün yelləncəklər və əyləncə qurğuları, yeni oturtacaqlar quraşdırılacaq.
Rayonda məhəllədaxilli yoların bərpası və yenidən qurulması işlərinə də xüsusi önəm verilir. Əhalinin daha rahat gediş-gəlişini təmin etmək məqsədilə yollar genişləndirilir, məhəllədaxili yollara isə yeni asfalt örtüyü, səkilər salınır. Hazırda rayonun bir çox küçə və prospektlərində bu istiqmətdə işlər davam etdirilir.
“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” dövlət proqramın icrasına uyğun olaraq, rayonda yeni, müasir standartlara cavab verən təhsil müəssisələrinin inşası, əlavə tədris korpuslarının tikintisi işləri davam etdirilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində rayon ərazisində fəaliyyət göstərən 37 ümumtəhsil məktəbindən 33-ü əsaslı təmir edilib. 2 məktəb tamamilə sökülərək yerində müasir standartlara cavab verən məktəb binaları inşa edilib.