Rayon İcra Hakimiyyətində müşavirə keçirildi
10.09.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, yüksək mərtəbəli binalarda aparılan təmir işləri, yeni dərs ilinə hazırlıqla bağlı məktəb və bağçalarda cari təmir işlərinin mövcud vəziyyəti müzakirə edildi və qaldırılan digər məsələlərin də həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Zaməddin Əkbərov həmçinin qarşıdan gələn müqəddəs “Qurban” bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin əmin-amanlığı, rifahı və daha da tərəqqisi naminə həyata keçirilən işlərdə müvəffəqiyyətlər arzuladı.