Şriftin ölçüsü :

Saytın rəngi :

“Neftçilər günü” ərəfəsində neftçi ailələrinə yeni mənzillərin orderi təqdim olundu

18 sentyabr 2016 | 11:00

       Sentyabrın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti  Rövnəq Abdullayev, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Neft şirkəti  rəhbərliyinin nümayəndələri və digər qonaqlar Xətai rayonu ərazisində, M.Hadi küçəsində 2944-cü məhəllədə  inşa olunmuş yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən təntənəli mərasimdə iştirak etmişlər.
      Məlumat verilmişdir ki, 9 mərtəbəli binanın tikintisinə 2014-cü ilin sentyabr ayında başlanılmışdır. Bina 4 blokdan, 144 mənzildən, o cümlədən 16 mansarddan ibarətdir. İkiotaqlı və üçotaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 17637 kv.m., yaşayış sahəsi isə 12726 kv.m.-dir. Bina  su, elektrik xətti və təbii qazla təchiz edilmişdir. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binanın  həyətində istirahət guşəsi yaradılmış, ətraf abadlaşdırılmışdır.
     Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə  uğurla davam etdirilən tərəqqi strategiyasının Azərbaycana möhtəşəm qələbələr bəxş etdiyini söyləmiş, qarşıdan gələn “Neftçilər günü” münasibəti ilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik etmişdir. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da çıxışında qarşıdan gələn “Neftçilər günü” münasibətilə cənab Rövnəq Abdullayevi və bütün neftçiləri təbrik edərək bildirdi ki, bu mənzillər zəhmətsevər neftçilər üçün əsil bayram hədiyyəsidir. Bu zəhmətkeş insanlara həm dövlət qayğısının, həm  də şirkətin öz işçilərinə diqqətinin bariz nümunəsidir.

Keçidlər