Məşhur “Kosuqi Zohen” şirkətinin rəhbəri Xətai rayonunda olub
Azərbaycanda səfərdə olan Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış məşhur “KOSUQİ-Zohen” şirkətinin rəhbəri Saki Kosuqinin başçılıq etdiyi nümayəndə heyəti Xətai rayon Icra hakimiyyətində olmuşdur.
Görüş zamanı Azərbaycan- Yaponiya dostluq münasibətləri çərçivəsində işbirliyinin davam etdirilməsi müzakirə edilib. Yapon nümayəndə heyətinin rəhbəri cənab Saki Kosuqi hər dəfə Azərbaycanda, Bakıda, o cümlədən Xətai rayonunda olmaqdan məmnun olduğunu bildirib. Qonaq qeyd edib ki,Yapon bağının məhz Xətai rayonundakı öz gözəlliyi ilə seçilən, əhalinin daha çox üstünlük verdiyi istirahət məkanı olan, Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan Heydər Əliyev parkında olması onu çox sevindirir. Çünki məhz bu dahi şəxsiyyətə olan böyük sevgi və parkın füsünkarlığı Yapon mədəniyyətini özündə əks etdirən Yapon bağının məhz həmin ərazidə salınmasına səbəb olmuşdur.
Görüşdə həmçinin, Xətai rayonunun paytaxt Tokionun rayonlarından biri ilə “Qardaşlaşmış Şəhər” layihəsi də müzakirə olundu. Saki Kosuqi bu layihənin baş tutması üçün çalışacağını bildirdi. Çünki həmişə çox isti qarşılandığı Xətai rayonu artıq ona Tokio kimi doğma olan bir məkandır.