Rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə görülən işlərlə yerində tanış olmaq üçün ərazini gəzib
19 sentyabr 2016-cı il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon ərazisində aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinin gedişi, vətəndaşların qaldırdığı məsələlərin icrası və digər işlərlə yerində tanış olmaq üçün icra başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon Mənzil Kommunal Təssərüfat Birliyinin rəhbərliyi, Xətai bələdiyyəsinin sədri və digər məsul şəxslərin müşayəti ilə Gəncə prospektində, Əbilov yaşayış sahəsində, eləcə də Heydər Əliyev parkında olub, vətəndaşlarla görüşüb.
Baxış zamanı qaldırılan problemlərin yerində araşdırılması, tədbirlər görülməsi barədə tapşırıqlar verib.
Bir daha tapşırılıb ki, bəzi vətəndaşlar tərəfindən binaların qarşısında zəbt edilmiş ərazilər təmizlənərək vətəndaşların ümumi istifadəsinə verilməsi, qeyri-qanuni küçə ticarətinin aradan qaldırılmasına nəzarət işləri davam etdirilsin, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün nümunəvi həyətlər salınsın, uşaqlar üçün əyləncə guşələri yaradılsın, müxtəlif idman qurğuları quraşdırılsın.